Abstrakt

Ənənəyə sadiq olaraq hər iki ildən bir keçirdiyimiz Azərbaycan Ağız və üz-çənə cərrahlar Cəmiyyətinin Beynəlxalq Konqreslərinin növbəti 3-cü Konqresini 2025-ci il 9-12 Okrtyabr tarixində Bakı şəhərində keçirəcəyik. Hər bir tədbirimizdə Sizinlə yeni bir formatda görüşürük və çalışırıq ki, hər bir görüşümüz keçirilmiş tədbirdən daha təkmilləşmiş və daha yüksək səviyyədə keçirilsin. Bizim ambisiyalarımız Sizin layiqli tələblərinizlə bağlıdır. AzOMFS olaraq 3-cü Beynəlxalq Konqresimizi biz ICMFS (Dünya üz-çənə cərrahların Kolleci) ilə birgə keçirdirik. Bu qurum Konqresimizə dünyanın ən qabaqcıl mütəxəssislərini cəlb edəcək. Eyni zamanda Konqres günlərində biz Türk Dövlətlərinin 1-ci Konqresini keçirtməyi planlamışıq. Öncəki Konqreslərdə olduğu kimi, bu tədbirə biz ağız və üz-çənə cərrahları ilə yanaşı stomatoloqları (diş implantoloqları və periodontoloji cərrahları), plastika və estetika cərrahları, baş-boyun cərrahları və onkoloqları, otorinolarinqoloqları və digər peşəmizə yaxın olan peşə sahiblərini tədbirdə iştirak etməyə dəvət edirik. Sizin bu tədbirdə fəal iştirakınız bizim birliyimizi və peşəmizə münasibətimizi göstərəcək, beynəlxalq aləmdə tanınmağımıza, eləcə də dünya təbabətindən bəhrələnməyimizə imkan yaradacaq. Sizi bu tədbirin fəal iştirakçısı olmağa çağırıram.

Əsas mətn

Ənənəyə sadiq olaraq hər iki ildən bir keçirdiyimiz Azərbaycan Ağız və üz-çənə cərrahlar Cəmiyyətinin Beynəlxalq Konqreslərinin növbəti 3-cü Konqresini 2025-ci il 9-12 Okrtyabr tarixində Bakı şəhərində keçirəcəyik. Hər bir tədbirimizdə Sizinlə yeni bir formatda  görüşürük və çalışırıq ki, hər bir görüşümüz keçirilmiş tədbirdən daha təkmilləşmiş və daha yüksək səviyyədə keçirilsin. Bizim ambisiyalarımız Sizin layiqli tələblərinizlə bağlıdır.

AzOMFS olaraq 3-cü Beynəlxalq Konqresimizi biz ICMFS (Dünya üz-çənə cərrahların Kolleci) ilə birgə keçirdirik. Bu qurum Konqresimizə dünyanın ən qabaqcıl mütəxəssislərini cəlb edəcək. Eyni zamanda Konqres günlərində biz Türk Dövlətlərinin 1-ci Konqresini keçirtməyi planlamışıq.

Öncəki Konqreslərdə olduğu kimi, bu tədbirə biz ağız və üz-çənə cərrahları ilə yanaşı stomatoloqları (diş implantoloqları və periodontoloji cərrahları), plastika və estetika cərrahları, baş-boyun cərrahları və onkoloqları, otorinolarinqoloqları və digər peşəmizə yaxın olan peşə sahiblərini tədbirdə iştirak etməyə dəvət edirik.

Sizin bu tədbirdə fəal iştirakınız bizim birliyimizi və peşəmizə münasibətimizi göstərəcək, beynəlxalq aləmdə tanınmağımıza, eləcə də dünya təbabətindən bəhrələnməyimizə imkan yaradacaq.

 

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Jan.2025

Müəllif hüququ

© 2024 Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti. Publisher/Nəşriyyat: "Uptodate İn Medicine" health sciences publishing. Bütün hüquqlar qorunur. All rights reserved.

Əlaqəli məqalələr

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin 2-ci Beynəlxalq Konqresi

Baxılıb: 33