Abstract
On behalf of the International College for Maxillo-facial Surgery (ICMFS) and as its Vice-President, I would like to cordially invite you to the 33rd World Cranio-Maxillofacial Congress that is being held in Baku, Azerbaijan in 2025. This 33rd Congress of the ICMFS will expand the present boundaries of knowledge for each and every one of us. It will also be a time to celebrate and strengthen the bonds that we share as a community of surgeons. The best surgeons, the most experienced clinicians, and the most innovative scientists and researchers from all over the world will present their latest research findings in their scientific presentations. I am pleased to welcome you all to our forthcoming great scientific congress and to a spectacular event of the ICMFS in a city steeped in history and tradition.
Full article
Ənənəyə sadiq olaraq hər iki ildən bir keçirdiyimiz Azərbaycan Ağız və üz-çənə cərrahlar Cəmiyyətinin Beynəlxalq Konqreslərinin növbəti 3-cü Konqresini 2025-ci il 9-12 Okrtyabr tarixində Bakı şəhərində keçirəcəyik. Hər bir tədbirimizdə Sizinlə yeni bir formatda görüşürük və çalışırıq ki, hər bir görüşümüz keçirilmiş tədbirdən daha təkmilləşmiş və daha yüksək səviyyədə keçirilsin. Bizim ambisiyalarımız Sizin layiqli tələblərinizlə bağlıdır.
AzOMFS olaraq 3-cü Beynəlxalq Konqresimizi biz ICMFS (Dünya üz-çənə cərrahların Kolleci) ilə birgə keçirdirik. Bu qurum Konqresimizə dünyanın ən qabaqcıl mütəxəssislərini cəlb edəcək. Eyni zamanda Konqres günlərində biz Türk Dövlətlərinin 1-ci Konqresini keçirtməyi planlamışıq.
Öncəki Konqreslərdə olduğu kimi, bu tədbirə biz ağız və üz-çənə cərrahları ilə yanaşı stomatoloqları (diş implantoloqları və periodontoloji cərrahları), plastika və estetika cərrahları, baş-boyun cərrahları və onkoloqları, otorinolarinqoloqları və digər peşəmizə yaxın olan peşə sahiblərini tədbirdə iştirak etməyə dəvət edirik.
Sizin bu tədbirdə fəal iştirakınız bizim birliyimizi və peşəmizə münasibətimizi göstərəcək, beynəlxalq aləmdə tanınmağımıza, eləcə də dünya təbabətindən bəhrələnməyimizə imkan yaradacaq.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2024 Azerbaijan Society of Oral & Maxillofacial Surgeons. Publisher: "Uptodate İn Medicine" health sciences publishing. All rights reserved.Related Articles
2nd International Congress of the Society of Oral and Maxillofacial Surgeons of Azerbaijan
Viewed: 41

