Abstract
Azerbaijan Society of Oral and Maxillofacial Surgeons, officially began its activity in 2017, is an institution that currently unites more than 300 of the most advanced specialists working in this field in our country. In addition to other tasks performed by the society, it has set itself the goal of discussing the possibilities of international cooperation, as well as the views on the development prospects of this field together with world experts.
Cover Letter
2019-cu ildə Bakı Konqres Mərkəzində “Daha yaxşı gələcək quraq” şüarı altında 15 ölkəni təmsil edən mütəxəssislərin iştirakı ilə keçirilən Cəmiyyətin 1-ci Beynəlxalq Elmi Konqresi. Konqresin Materialları və yekunları ilə Sizi tanış etmişdik.
12-14 oktyabr 2023-cü il tarixlərində keçirilən Cəmiyyətimizin 2-ci Beynəlxalq Elmi-Praktiki Konqresi onunla əlamətdardır ki, bu tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş və 2023-cü ildə səhiyyə sahəsində keçirilən tədbirlər arasında ən irimiqyaslı olduğu kimi tanınıb. Belə ki, ixtisasımıza aid Avropa (EACMES) və Beynəlxalq (IAOMS) Cəmiyyətləri bu Konqresə elmi dəstəyini verdiyindən dünya səviyyəsində ən nüfuzlu mütəxəssislər Bakıya gələrək öz bilik və təcrübələrini Konqres iştirakçıları ilə və bizim mütəxəssislərlə bölüşüb. “Əməkdaşlıq sərhədlərimizi genişləndirək” şüarı altında keçirilən bu tədbirdə 30 ölkədən dünyada ən tanınmış məruzəçilər (onlar arasında Beynəlxalq, Avropa, Asiya təşkilatlarının prezidentləri, eləcə də qonşu ölkələrin - Türkiyənin, Rusiyanın, Orta Asiya ölkələrinin peşəkar Cəmiyyətlərinin rəhbərləri və s.), yüzlərlə ölkəmizdən və xaricdən iştirakçılar qatılmışdır.
Konqresin Elmi Proqramı Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı qonşu peşə sahələrini də əhatə edirdi: plastika və rekonstruksiya cərrahiyyəsi, baş və boyun onkologiyası və Otorinolaringologiya.
Konqresin zəngin Elmi Proqramına 185 elmi-tədqiqat işi daxil edilmişdir. Bunlar plenar məruzələrdə, simpoziumlarda, açıq çıxışlarda səsləndi, eləcə də poster nümayişlərində və tezis şəklində təqdim edilmişdir. Həmçinin, Konqres zamanı dünyanın ən qabaqcıl baş boyun cərrahı ABŞ-dan olan professor Jatin Şahın Mentor Saatı təşkil olunmuşdur.
AzOMFS-un 2-ci Beynəlxalq Elmi-Praktiki Konqresinin Elmi Proqramın Materiallarını təqdim edərək ümid edirik ki, elmi-praktiki fəaliyyətinizdə Sizə olduqca faydalı olacaq.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 20.Oct.2023
Copyright
© 2024 Azerbaijan Society of Oral & Maxillofacial Surgeons. Publisher: "Uptodate İn Medicine" health sciences publishing. All rights reserved.Related Articles
We haven't found any related articles.
Viewed: 102

