BAXIŞ PROSESİ
Redaksiya tərəfindən və resenziyalı baxş
Bütün təqdim edilən əlyazmalar əvvəlcə baş redaktor tərəfindən keyfiyyət, yenilik, elmi əhəmiyyət və jurnalın ümumi auditoriyasına aid olması baxımından nəzərdən keçirilir. Nəşr üçün kifayət qədər prioritet olmayan və ya jurnalın əhatə dairəsindən kənarda olan əlyazmalar dərhal kənarlaşdırılır.
Mövzu ilə əlaqədar olaraq qəbul edilən əlyazmalar Bölmə Redaktorlarına göndərilir. Yalnız bu əlyazmalar müvafiq sahələrə aid mütəxəssislər tərəfindən nəzərdən keçiriləcəkdir. Bölmə redaktoru xarici rəyçilərini seçir və əlyazmalar üzrə yekun qərarları qəbul edir. APCJ, resenziyaçı və müəllif şəxsiyyətlərinin gizli tutulduğu ikili bir baxışdan istifadə edir. Baxışda olan bir əlyazma barədə həmin reenziyaçılar və redaksiya heyətindən başqa heç kəsə açıqlanmır. Resenziyaçılardan nəzərdən keçirilmiş əlyazmalar haqqında gizli saxlamağı tələb edirlər və jurnalın redaktorları əvvəlcədən icazə almadan xüsusi bir əlyazma və ya onun məzmunu haqqında hər hansı bir məlumatı üçüncü tərəfə açıqlamamalıdırlar. Bütün yazarlara əlyazmaların və redaksiya qərarlarının elektron poçtla göndərilməsi haqqında bildiriş göndərilir.
Sürətli baxış
Bəzi hallarda AJOMS-in redaktoru sənədin nəzərdən keçirilməsini sürətləndirə bilər. Sürətlə nəzərdən keçirilməyə ehtiyac müşaiyyət məktubda izah edilmiş səbəblə göstərilməlidir. Sürətli baxış və nəşrə layiq olan əlyazmalar baş redaktor tərəfindən sürətli baxışdan keçiriləcək.
Apelyasiya tələbləri
Kənarlaşdırılmış əlyazmanın yenidən nəzərdən keçirilməsini istəyən müəlliflər [email protected] ünvanı vasitəsilə redaksiya ilə əlaqə saxlamalıdırlar. Tələblərə, əl yazmanın ID-si (AJOMS-2024-0059) ve müəlliflərin sənədin yenidən baxılması səbəblərinin izahlı təsviri daxil edilməlidir. Müraciətə icazə verildikdə, sənədinizi yenidən necə təqdim etmək barədə təlimat veriləcəkdir.
Redaktorlardan təqdimatlar
AJOMS çox çalışır ki, baş redaktor və ya jurnalın redaksiya heyəti tərəfindən hər hansı bir təqdim olunan sənədin obyektiv qiymətləndirilməsini təmin etmək üçün səylər göstərilsin. Bu, hər hansı təqdim edilmiş əlyazmanın Baş redaktordan və ya Redaksiya heyətindən qiymətləndirmə prosesinin bütövlüyünü saxlaya biləcək qərəzsiz Bölmə Redaktoruna göndərməklə əldə edilir. Çox hallarda, AJOMS Xarici Redaktorları dəvət edir.
Embarqo (qadağa) siyasəti
Sizin əlyazma AJOMS-na təqdim olunduqdan sonra, dərc edildikdən əvvəl bir həftəyədək müddətinə başqa bir yerə təqdim olunmaq və ya müzakirə olunmaqdan dərhal embarqo olunur. Yuxarıdakı tələbləri pozduqda media ilə işlərini müzakirə edən müəlliflər, media nümayəndələrinin embarqo siyasətini və embarqonun tarixini biləcəyini təmin etməlidir.
Müəlliflər, onlarn sənədləri mətbuatda olduğu halda (nəşr üçün qəbul olunub və göndərilib), elmi konfranslarda AJOMS-da məqalənin dərc olunmasından öncə iştirak edə bilərlər
Elmi konfranslarda məqalələrin müzakirəsi üçün müəllif qaydaları:
Embarqo pozması müəllif tərəfindən hər hansı bir hərəkətin nəticəsidirsə, müəllif əlyazmanın nəşr olunmasından imtina edilməsi riskinə məruz qala bilər.
Xarici dildə olan əlyazmaların redaktəsi
İngilis dili sizin əsas diliniz deyilsə, əlyazmanı təqdim etməzdən əvvəl onu dilçilik redaktəsi edə bilərsiniz. Bu məcburi bir addım deyil, ancaq sənədin akademik məzmununu jurnal redaktorları və nəzərdən keçirənlər tərəfindən tam şəkildə başa düşülməsini təmin etmək üçün kömək edə bilər. Dilçilik redaktəsi sizin əlyazmanın nəşr olunacağına zəmanət vermir. Bu xidməti təklif edən bir çox ixtisaslaşmış dilçilik redaktəsi şirkəti var və bunlardan hər hansı birini istifadə edə bilərsiniz. Müəlliflər bu xidmətlərə aid bütün xərclərə görə məsuliyyət daşıyırlar. AJOMS tərcümə və redaktə xidmətləri üçün Tibbi Tərcümə Xidmətlərindən istifadə edir.