Müəlliflər üçün təlimat

Qəbul və Nəşr Prosesi

Müəlliflər üçün Təlimat.

AJOMS-nin jurnalı pediatriya elminin bütün sahələrində tədqiqat materialları, icmallar, mini icmallar, klinik hallar, klinik hallar seriyası, və qısa araşdırma kommunikasiyaları da daxil olmaqla bütün növ məqalələri qəbul edir. Əlyazmalar azərbaycan, türk, rus və ya ingilis dillərində təqdim edilməlidir. Azərbaycan, türk və rus dilində təqdim edilən bütün məqalələrdə ingilis dilində abstrakt əlavə olunmalıdır.

Plagiat.

Plagiat, ümumiyyətlə, başqasının tədqiqatını və ya işini özünün kimi “təqdim etmək” kimi başa düşülür. Əlyazmalar nəşrdən əvvəl, çap zamanı və dərcdən sonra da plagiata yoxlanılır və aşkar edilərsə, məqalənin baxılması mərhələsindən asılı olmayaraq dərhal rədd edilir.

 

Əlyazmaların Təqdim edilməsi üzrə Təlimat.

Məqalələrin xüsusi www.cabinet.ajoms.az portalında olan Müəllif Kabineti vasitəsilə elektron qaydada hazırlanması və təqdim edilməsi tövsiyə olunur. İnternetə çıxış imkanları məhdud olan müəlliflər istisna hallarda əlyazmalarını email vasitəsilə və ya redaksiya heyətinin ofisinə gələrək də təqdim edə bilər. Müəllif Kabinetində təqdim edilmək üçün hazırlanan (Microsoft Word və ya sadə mətn) əlyazmalara müvafiq qrafikləri (sxemlər, fotolar, cədvəllər və s.) daxil edin.

Elektron kabinet vasitəsilə təqdim olunan əlyazmalar üçün yazılı müraciət məktubu tələb olunmur. Lakin, email və ya ofisə gələrək təqdim edilən məqalələr üçün yazılı müraciət məktubunun da təqdim olunması tələb olunur. Yazılı müraciət məktubu qısa olmalı və məqalənizin məzmununun nə üçün əhəmiyyətli olduğunu, məqalənizin nə üçün jurnalın əhatə dairəsinə uyğun gəldiyini izah etməlidir.

Əlyazma aydın, qısa və qrammatik cəhətdən düzgün və oxunaqlı yazılmalıdır.

Təqdim edilən əlyazma başqa yerdə dərc olunmaq üçün hazırda nəzərdən keçirilməyən orijinal, nəşr olunmamış əsər olmalıdır.

Bütün müəlliflər əlyazmanın təqdim edilməsinə razılıq verməlidirlər.

İnsan subyektləri və ya heyvanlar üzərində eksperimentlər haqqında məlumat verərkən müəlliflər əlyazmada əməl olunan prosedurların institusional və milli təlimatların etik standartlarına uyğun olub-olmadığını göstərməlidirlər.

Müəlliflərin hər hansı potensial maraq toqquşmasını açıqlaması gözlənilir.

Müəlliflər təqdim etdikləri məqalələrin məzmununa görə tam məsuliyyət daşıyırlar.